Reklam resmi
Reklam resmi

Tanınmış aktrisa 49 yaşında ana oldu

Tanınmış aktrisa 49 yaşında ana oldu
Dünya

“Sklifosovski” və “Boss kimdir?” teleseriallarındakı rolları ilə tanınan aktrisa Anna Nevskaya ilk övladını dünyaya gətirib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, 49 yaşlı aktrisa bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, doğum evindən paylaşdığı fotolarla sevincini izləyiciləri ilə bölüşərək bildirib:
“Ailəmiz çox sevinir! Çoxdan gözlənilən oğlumuz dünyaya gəldi!”

Məlumata görə, aktrisanın oğlu martın 18-də dünyaya gəlib. Körpəyə Daniil adı verilib.

Qeyd edək ki, Anna Nevskaya 2013-cü ildə aktyor və rejissor Dmitri Klepatski ilə ailə qurub. Bu, cütlüyün ilk övladıdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Anna Nevskaya Rusiya

Digər Xəbərlər