İranda çağırış yaşı 12-yə ENDİRİLDİ
İranda hərbi xidmət qaydalarında dəyişiklik edilib: çağırış üçün minimum yaş həddi 12-yə endirilib.
Ajans.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər müavini açıqlayıb.
Bildirilib ki, 12-13 yaşlı yeniyetmələr könüllü əsasda silahlı qüvvələrə qoşulmağa çağırılıb.
Məlumata görə, 12 yaşdan yuxarı uşaqlar kəşfiyyat fəaliyyətlərində iştirak, operativ patrul xidmətində yer alma, "Bəsic" nəzarət-keçid məntəqələrində xidmət, hərbçilər üçün yemək hazırlanması, yaralı əsgərlərə qulluq və digər köməkçi işlərə cəlb olunacaqlar.
Mövzular: