Ukrayna 9 məntəqəni işğaldan azad etdi
Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib və daha üç məntəqəni tamamilə təmizləyib.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun "Facebook" hesabında məlumat yayılıb.
Bildirilib ki, martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.
Mövzular: