Tramp İranın ittihamlarına CAVAB VERDİ
"ABŞ və İran arasında prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun və kürəkəni Cared Kuşnerin iştirakı ilə çox ciddi danışıqlar aparılıb".
Ajans.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İran tərəfinin yalanla bağlı ittihamlarını şərh edərkən deyib.
"Onlar daha səriştəli ictimaiyyətlə əlaqələr mütəxəssisləri işə götürməli olacaqlar... Bizim çox ciddi danışıqlarımız olub. Onları cənab Uitkoff və cənab Kuşner aparıblar. Hər şey, mən deyərdim ki, ideal keçib", - deyə Tramp vurğulayıb.
Mövzular: