Netanyahu süni intellektdən İSTİFADƏ EDİR
Rusiyalı politoloq Aleksandr Perenciyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən açıqlama verib.
Ajans.az xəbər verir ki, o, aif.ru saytına müsahibəsində bildirib ki, Netanyahu İranın mümkün raket hücumlarından yayınmaq üçün təhlükəsiz və gizli məkanda ola bilər.
Perenciyevin sözlərinə görə, İsrail hökumət başçısı özünü riskə atmayacaq və onun yerinin müəyyən edilməsi çətin olacaq: “Netanyahu İranın raketlərinin çata bilməyəcəyi bir yerdə gizlənə bilər. O, təhlükəsizliyini maksimum səviyyədə qoruyur”.
Politoloq əlavə edib ki, bu səbəbdən bəzi dairələrdə Netanyahu ilə bağlı fərqli versiyalar səsləndirilir. Onun fikrincə, ictimaiyyətə təqdim olunan çıxışların bir hissəsi real deyil, rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə hazırlanmış ola bilər.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Baş nazirin göstərişləri əsasında İranın yüksək vəzifəli şəxslərinə qarşı əməliyyatların həyata keçirildiyini açıqlamışdı.
Eyni zamanda, İranın kəşfiyyat naziri İsmayıl Xətibi nin öldürülməsi ilə bağlı xəbərlər də yayılıb.
Qeyd edək ki, son günlər Netanyahu-nun harada olduğu ilə bağlı rəsmi məlumat verilməyib və bu, müxtəlif fərziyyələrin ortaya çıxmasına səbəb olub.