Ukrayna "Drujba" ilə bağlı təklifi qəbul etdi
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antoniu Koşta Ukrayna, eləcə də Avropa İttifaqı (Aİ) ölkələri ilə "Drujba" boru kəməri üzərindən Macarıstan və Slovakiyaya neft nəqlinin bərpa edilməsi məqsədilə müzakirələr apardıqlarını bəyan ediblər.
Ajans.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Rəsmilərin birgə açıqlamasında qeyd olunur ki, Aİ tərəfindən Ukraynaya həm texniki, həm də maliyyə yardımı təklif olunub və bu təşəbbüs rəsmi Kiyev tərəfindən müsbət qarşılanaraq qəbul edilib. Vurğulanır ki, avropalı ekspertlər prosesə dərhal başlamağa hazırdırlar, çünki əsas prioritet bütün Avropa sakinlərinin enerji təhlükəsizliyinə zəmanət verməkdir.
Mövzular: