Reklam resmi
Reklam resmi

Tanınmış aparıcı ağır XƏSARƏT ALIB

Tanınmış aparıcı ağır XƏSARƏT ALIB
Dünya

Rusiyanın “78” regional televiziya kanalında çalışan 69 yaşlı hava proqnozu aparıcısı Yuri Dormidontov canlı yayım zamanı elektrik skuterindən yıxılıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki,aparıcı Sankt-Peterburqda hava şəraitini elektrik skuterinin üzərində bir ayağı ilə dayanaraq təqdim edərkən tarazlığını itirib və yıxılıb. O, yıxılarkən başını qranit plitəyə vurub.

Hadisədən sonra Dormidontov özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, hazırda heç bir ağrı hiss etmir.

“Heç bir yerim ağrımır və qəribədir ki, ağrımır. Amma ağrımalıdır. Ağrımalıdırmı? Ağrımalıdır. Amma ağrımır”, – deyə aparıcı bildirib.

O, həmçinin Sankt-Peterburq sakinlərini elektrik skuterlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıb və bu nəqliyyat vasitələrinin kifayət qədər ağır olduğunu qeyd edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Yuri Dormidontov

Digər Xəbərlər