Reklam resmi
Reklam resmi

Azərbaycanda DƏHŞƏT:Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı

Azərbaycanda DƏHŞƏT:Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı
Hadisə
416

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

Ajans.az "Report"-a istinadən xəbər verir ki, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.

Mövzular:
qız qaçırılma baqaj ölüm

Digər Xəbərlər