Məcburi hərbi çağırış bərpa edildi - BU ÖLKƏDƏ
Avropada NATO üzvü olan daha bir ölkə məcburi hərbi xidmət sistemini yenidən tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, Xorvatiya 17 illik fasilədən sonra məcburi hərbi xidməti yenidən tətbiq edib. İlkin mərhələdə 800 gəncin çağırılması planlaşdırılır. Onların yarısı könüllülərdən, təxminən 10 faizi isə qadınlardan ibarət olacaq.
Növbəti illərdə isə hər il təxminən 4 min gəncin hərbi hazırlıqdan keçməsi nəzərdə tutulur. Zaqreb hökuməti bu qərarı Avropadakı təhlükəsizlik vəziyyəti və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.
Mövzular: