Tramp İrana XƏBƏRDARLIQ ETDİ
Bu gün ABŞ prezidenti Donald Trump özünün “Truth Social” platformasında paylaşım edərək İrana xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq hər hansı bir addım atarsa, ABŞ tərəfindən indiyə qədər həyata keçirilən əməliyyatlardan iyirmi dəfə daha güclü zərbə alacaq. T
ramp əlavə edib ki, bu zərbələr İranın asanca məhv edilə bilən hədəflərini əhatə edəcək və ölkənin yenidən qurulmasını faktiki olaraq çətinləşdirəcək.
O, açıqlamasında “ölüm, atəş və qəzəb onların üzərində hökmranlıq edəcək” ifadəsini işlədib, ancaq belə bir ssenarinin baş verməsinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bu, Çin və Hörmüz boğazından intensiv istifadə edən bütün ölkələr üçün bir hədiyyədir.