ABŞ tərəfindən axtarılan haker ÖLDÜRÜLDÜ
Həmədanda martın 2-də keçirilən mürəkkəb əməliyyat nəticəsində Məhəmməd Mehdi Fərhadi adlı şəxs evində hədəfə alınaraq öldürülüb. Fərhadi 2020-ci ilin sentyabrında ABŞ-nin sanksiya siyahısına salınıb.
Ajans.az ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Fərhadi və Humən Heydərian adlı iki şəxs ABŞ dövlət qurumlarının kompüterlərinə haker hücumu etmək və İslam Respublikasına qarşı çıxan şəxslər və qruplarla bağlı təhlükəsizlik məlumatlarını oğurlamaqla ittiham olunurdular.
Fərhadi “Məhdəvi Məhdəvi” kimi tanınırdı. Sosial mediada yayılan görüntülərə görə, Fərhadinin yaşadığı məhəllədə bir banner quraşdırılıb. Bannerdə o, “naməlum əsgər” və “nüvə alimi” kimi təsvir olunur.
Mövzular: