Reklam resmi
Reklam resmi

Türkiyə və İran XİN başçıları DANIŞDI

Türkiyə və İran XİN başçıları DANIŞDI
Dünya

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı olub.

Ajans.az TRT Haber-ə istinadən xəbər verir ki, söhbət zamanı Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu və Ankaranın buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini bildirib.

Nazir əlavə edib ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə və mülki şəxslər üçün təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidirlər. Əraqçı da öz növbəsində qeyd edib ki, Türkiyə hava məkanını pozan raketlər İran mənşəli deyil və tam araşdırma aparılacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İran

Digər Xəbərlər