Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Macarıstanın Kiyevdəki səfiri Antal Qeyzer Ukraynanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və "Oşadbank"ının inkassatorlarının Budapeştdə saxlanılması ilə əlaqədar ona etiraz bildirilib.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna xarici siyasət idarəsinin saytındakı məlumatda deyilir.
Qeyd olunub ki, Ukrayna vətəndaşlarına qarşı hədə-qorxu və psixoloji təzyiq tədbirlərinin, eləcə də həddindən artıq gücün tətbiqinin qəbuledilməzliyi barədə mövqe Macarıstan tərəfinin diqqətinə çatdırılıb.
Mövzular: