İranda ABŞ-nin yeni dronunun qalıqları tapıldı
İranın Hörmüzqan sahil əyalətində vurulmuş, silahlanmasında ən yeni versiya AGM-114R Hellfire II raketləri olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper PUA-sının qalıqlarının görüntüləri sosial mediada müzakirəyə səbəb olub.
Ajans.az xəbər verir ki, yeni AGM-114R Hellfire II raketləri çoxməqsədli döyüş başlığına malikdir. Müşahidə edilən hədəfin növündən asılı olaraq uçuş zamanı rejimi (kumulyativ, qəlpəli-fuqas və ya gecikdirilmiş partlayış) dəyişmək mümkündür.
Bu isə artıq raketin fərqli modifikasiyalarından istifadə etmək zərurətini aradan qaldırır və tək bir modellə kifayətlənməyə imkan verir.
Mövzular: