Reklam resmi
Reklam resmi

Dubayda uçuşların bir qismi bərpa olundu

Dubayda uçuşların bir qismi bərpa olundu
Dünya

Dubay beynəlxalq hava limanında bəzi təyyarələrin eniş və qalxışı bərpa olunub.

Ajans.az xəbər verir ki, bu gün aeroport ərazisi yaxınlığında partlayışla bağlı mediada görüntülər yayılıb. Dubay hökumətinin media ofisinin rəsmi “X” hesabında yayılan açıqlamada isə şənbə günü hava limanında ciddi hadisə baş vermədiyi bildirilib.

Dubay rəsmiləri bildirib ki, hava hücumunun qarşısı alındıqdan sonra qalıqların düşməsi nəticəsində baş verən kiçik insident nəzarət altına alınıb. Xəsarət alan yoxdur. Həmçinin sosial şəbəkələrdə Dubay beynəlxalq hava limanı ilə bağlı yayılan məlumatlar təkzib edilib.

Mövzular:
dubay uçuş hava limanı

Digər Xəbərlər