Reklam resmi
Reklam resmi

İsrail BMT əməkdaşlarını VURDU

İsrail BMT əməkdaşlarını VURDU
Dünya
405

İsrail ordusu Livanın ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) düşərgəsinə zərbə endirib.

Ajans.az “Lebanon 24” xəbər portalına istinadən xəbər verir ki, hadisə qanalı sülhməramlıların yerləşdiyi Əl-Kouzah rayonunda qeydə alınıb. 

Hücum nəticəsində üç BMT sülhməramlısı yaralanıb. Hadisə nəticəsində sülhməramlılara məxsus bir neçə obyekt tamamilə yanıb.

Livan Prezidenti Cozef Aun sülhməramlılara qəsdən zərbə endirildiyini bəyan edib. 

“İsrail hətta UNIFIL-ə birbaşa hücum həyata keçirmə həddini belə aşıb”, - dövlət başçısı bildirib. 

UNIFIL isə BMT Təhlükəsizlik Şurasının mandatı ilə vəzifələrini yerinə yetirən sülhməramlıların hədəf alınmasının qəbuledilməz olduğunu elan edib. 

Mövzular:
İsraiL Livan

Digər Xəbərlər