İran ABŞ tankerinə HÜCUM ETDİ
İran Silahlı Qüvvələri Küveyt sahilləri yaxınlığında ABŞ-nin neft tankerinə hücum edib.
Ajans.az xəbər verir ki, bunu İranın "Hətəm əl-Ənbiya" hərbi komandanlığının qərargahı bildirib.
İran hərbçilərinin məlumatına görə, gəmidə yanğın başlayıb. Zədələnmənin miqyası açıqlanmır. Tankerin nə vaxt hücuma məruz qaldığı da qeyd edilməyib.
Təxminən eyni vaxtda Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında tankerə "altı naməlum mərminin" dəyməsindən sonra partlayış baş verdiyini bildirib.
Mövzular: