İran səfiri: "Azərbaycana hücum İsrailin təxribatçı hərəkətidir”
Dünən İranın Rusiyadakı səfiri Kazım Cəlali ölkəsinin Naxçıvana hücumunu “İsrail tərəfindən həyata keçirilən təxribatçı addım” adlandırıb.
Ajans.az xəbər verir ki, İran Azərbaycana qarşı heç bir hücum həyata keçirməyib və əlavə edib: “Bu məsələ psixoloji müharibənin bir hissəsidir”.
İranın Rusiyadakı səfiri bu cür məlumatların yayılmasını gərginlik yaratmaq və ictimai rəyi çaşdırmaq cəhdlərinin bir hissəsi kimi dəyərləndirib.
Mövzular: