Reklam resmi
Reklam resmi

Ukraynalı bloger Rusiyada 6,5 il həbs cəzasına MƏHKUM EDİLİB

Ukraynalı bloger Rusiyada 6,5 il həbs cəzasına MƏHKUM EDİLİB
Dünya

Ukraynalı bloger Moskvada terror fəaliyyətinə açıq çağırış etməkdə təqsirli bilinib.

Ajans.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı Ukrayna vətəndaşı Nazar Prixodko Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (“İnternet vasitəsilə terror fəaliyyətinə açıq çağırışlar”) ilə ittiham olunub.

Məhkəmənin müəyyən etdiyi məlumata görə, Prixodko 2024-cü ilin iyul ayında Rusiyadan kənarda olarkən öz messencer kanalında terror fəaliyyətinə açıq çağırışlar ehtiva edən üç paylaşım dərc edib.

Hazırda təqsirləndirilən şəxs axtarışdadır və onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. 2-ci Qərb Rayon Hərbi Məhkəməsinin qərarı ilə o, qiyabi olaraq ümumi rejimli cəza koloniyasında 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər