Reklam resmi
Reklam resmi

Əbu-Dabi və Bəhreynə hücumlar edilir

Əbu-Dabi və Bəhreynə hücumlar edilir
Dünya

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə beynəlxalq hava limanı yaxınlığında partlayışlar baş verib.

Ajans.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın IRIB telekanalının məlumatına görə, hava limanı yaxınlığındakı ABŞ hərbi bazası vurulub. Həmçinin bildirilir ki, BƏƏ paytaxtının sakinləri bir sıra güclü partlayışlar eşidiblər və ölkənin hava hücumundan müdafiəsi raket hücumuna cavab verib.

Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Təşkilatının bəyanatında deyilir: "Hazırda hava hücumundan müdafiə sistemləri raket təhlükəsinə cavab verir".

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
ABŞ İran hücum

Digər Xəbərlər