17 mindən çox ABŞ vətəndaşı ölkəyə qayıtdı
17 min 500-dən çox ABŞ vətəndaşı fevralın 28-dən etibarən Yaxın Şərqdən təhlükəsiz şəkildə bu ölkəyə qayıdıb.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Dilan Consonun yayımladığı bəyanatda qeyd olunub.
Bildirilib ki, ötən gün 8 min 500-dən çox ABŞ vətəndaşı ölkəyə geri dönüb.
Bəyanata əsasən, Yaxın Şərqdə olan Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı intensiv iş aparılır.
Mövzular: