Xameneinin oğlu Ali Lider seçildi
İran Ekspertlər Məclisi Xameneinin oğlu Müctəbanı növbəti Ali Lider seçib.
Ajans.az xəbər verir ki, Iran International telekanalının yaydığı məlumata əsasən, Ekspertlər Şurası yeni ali lideri seçib və bu vəzifəyə Əli Xameneinin oğlu Muctəba Xamenei gətirilib.
Məlumata görə, qərar qapalı iclas zamanı qəbul edilib. Bildirilir ki, proses İran İslam İnqilabı Keşikçiləri Korpusunun təsiri altında baş tutub.
Hələlik rəsmi Tehran tərəfindən məsələ ilə bağlı açıq bəyanat verilməyib.
Qeyd edək ki, ali lider postu ölkənin siyasi və dini sistemində ən yüksək vəzifə hesab olunur və geniş səlahiyyətlərə malikdir.
Mövzular: