Reklam resmi
Reklam resmi

İran İsrail rəhbərliyinə HÜCUM ETDİ

İran İsrail rəhbərliyinə HÜCUM ETDİ
Dünya

İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı İsrail rəhbərliyinə qarşı hücumların həyata keçirildiyini açıqlayıb.

Ajans.az İranın Tasnim agentliyinə istinadən xəbər verir ki, hazırda “sionist rejimin rəhbərliyi İranın raket zərbələri altındadır”.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İran qüvvələrinin İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinə zərbə endirdiyini bəyan etmişdi. Lakin İsrail tərəfdən olan məlumatlı mənbə bu iddianı təkzib edib.

Hazırda məsələ ilə bağlı tərəflərdən rəsmi təsdiqlər və ya dəqiqləşdirilmiş məlumatlar gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər