Kiprdə hava limanı TƏXLİYƏ EDİLİB
Kiprdə yerləşən Pafos Hava Limanında hava limanının məhdud ərazisində naməlum pilotsuz uçuş aparatının aşkarlanmasından sonra təcili təxliyə əmri verilib. Təhlükəsizlik xidmətləri bütün sərnişinlərə və hava limanı əməkdaşlarına terminal binasını dərhal tərk etməyi tapşırıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, bu qərar Kiprin yüksək təhlükəsizlik rejimində qalması fonunda qəbul edilib. Bildirilir ki, Akrotiri aviabazası ərazisində baş verən dron insidentlərindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, daha əvvəl Kipr ərazisində İran pilotsuz uçuş aparatının hava bazası yaxınlığında vurulmasından sonra Avropa məsələləri üzrə nazirlərin qeyri-rəsmi görüşünün təxirə salındığı bildirilmişdi.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır, hava limanındakı vəziyyət nəzarət altındadır.
Mövzular: