BƏƏ iki günlük birjaları BAĞLAYIR
Birləşmiş Ərəb Əmirlikləri regiondakı müharibənin şiddətlənməsi səbəbindən ölkənin əsas birjalarını iki gün müddətinə bağlayır.
Ajans.az xəbər verir ki, ölkənin Kapital Bazarları İdarəsi Əbu-Dabi Fond Birjası və Dubay Maliyyə Bazarının bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını açıqlayıb. Bəyanatda idarənin regiondakı vəziyyəti yaxından izləyəcəyi və lazım gəldikdə əlavə tədbirlər görəcəyi bildirilib.
Bununla yanaşı, Nasdaq Dubai də hər iki gün ticarəti dayandıracağını elan edib.
Dubay Fars Körfəzinin əsas biznes mərkəzi olsa da, Əbu-Dabi də mühüm regional maliyyə mərkəzi kimi fəaliyyət göstərir və dünyanın ən böyük suveren sərvət fondlarından bəzilərinə ev sahibliyi edir.
Mövzular: