Türkiyə İranla sərhədi BAĞLADI
Bu gün Türkiyə ilə İran arasında, İranın Qərbi Azərbaycan əyalətində yerləşən bütün sərhəd keçid məntəqələrinin müvəqqəti olaraq bağlandığı açıqlanıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki,Türkiyənin ticarət naziri Ömər Bolat İran–Türkiyə sərhədində fəaliyyət göstərən hər üç keçid məntəqəsində sərnişin daşımalarının dayandırıldığını bildirib.
Onun sözlərinə görə, qərar bölgədə gərginliyin artması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda qəbul edilib.
Mövzular: