Rusiyada Google CƏRİMƏLƏNDİ
Moskva məhkəməsi Google MMC-yə 16 milyard rubl məbləğində inzibati cərimə tətbiq edib.
Ajans.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsi – “Məcəllə ilə müəyyən edilmiş müddətdə inzibati cəriməni ödəməmək” – ilə günahkar bilinib. Hakim Google-u 16,017,368,387 rubl ödəməyə məcbur edib.
Qeyd edək ki, 25 fevralda Moskvanın Taqanski Məhkəməsi Google-u VPN xidmətləri ilə bağlı məlumatları silmədiyi üçün 22 milyon rubldan çox cərimələndiyini açıqlamışdı. Məlumatlar ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında yayımlanıb.
Mövzular: