Reklam resmi
Reklam resmi

Sarkisyanın ev dustaqlığı uzadılıb

Sarkisyanın ev dustaqlığı uzadılıb
Dünya

İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığının 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Xatırladaq ki, avqustun 7-də Ermənistanın İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının 18 üzvü ilə bağlı cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. Həmin şəxslər “terror aktına hazırlıq” və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddələri ilə ittiham olunurlar. Hərəkatın lideri Baqrat Qalstanyan və tərəfdarları iyunun sonunda saxlanılıblar. Bundan sonra İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bəyan edib.

Artur Sarkisyan 2025-ci il iyulun 9-da həbs edilib. Həmin ilin dekabrın 1-də barəsində ev dustaqlığı qərarı verilib və dekabrın 4-də qəbul edilən qərarla bu müddət 2026-cı il martın 8-dək uzadılıb.

Mövzular:
Sarkisyan məhkəmə dustaq

Digər Xəbərlər