Reklam resmi
Reklam resmi

Dünya İqtisadi Forumunun rəhbəri Epşteynlə əlaqələr səbəbindən İSTEFA VERDİ

Dünya İqtisadi Forumunun rəhbəri Epşteynlə əlaqələr səbəbindən İSTEFA VERDİ
Dünya

Davosdakı Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Börge Brende, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərdə adı hallandıqdan sonra istefa verib.

Ajans.az yerli mediaya istindən xəbər verir ki, Brende forum rəhbərliyinin Epşteynlə əlaqələri ilə bağlı müstəqil araşdırma başlatmasından bir neçə həftə sonra bu qərarı açıqlayıb.

Əvvəllər "Neue Zürcher Zeitung" qəzeti Brendenin ABŞ hakimiyyəti tərəfindən sənədlərin dərc olunmasından sonra WEF-in qəyyumlar şurasına məktub göndərdiyini yazmışdı. Məktubda o, amerikalı iş adamı ilə görüşlərini səhv adlandırıb və Epşteynə qarşı iddialar 2019-cu ilin iyul ayında məlum olduqdan sonra forum rəhbərliyinə əlaqələri barədə məlumat verdiyini vurğulayıb.

Qəzet qeyd edir ki, dərc olunmuş sənədlərdə 2018 və 2019-cu illərdə Brende ilə Epşteyn arasında dostluq münasibətlərini göstərən çoxsaylı elektron poçtlar və söhbətlər yer alıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya İqtisadi Forum Epşteyn

Digər Xəbərlər