ABŞ-də yol YARILDI: avtomobilər çökəyə DÜŞDÜ
ABŞ-ın Omaha şəhərində bir yolda qəfildən yaranan nəhəng çökmə iki nəqliyyat vasitəsini “udub”. Hadisə zamanı gümüşü rəngli bir pikap və SUV yolun çökməsi nəticəsində yaranan dəliyə düşüb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hər iki sürücü xilasetmə qrupları gələnədək avtomobillərdən və çökmədən çıxmağı bacarıb. Kranlı evakuatorların köməyi ilə nəqliyyat vasitələri diqqətlə çıxarılıb.
Səlahiyyətlilər xəbərdarlıq edərək bildiriblər ki, çökmənin genişlənmə potensialı olduğundan yollar bir neçə gün nəqliyyatın istifadəsinə bağlı qalmayacaq.
Nəqliyyat vasitələrinin düşməsindən sonra ərazidə əsas su xəttinin partladığı açıqlanıb. Bələdiyyə qrupları beton qalıqlarını təmizləmək və su xəttini təmir etmək üçün gecə boyu iş aparıblar. Hadisədə xəsarət alan olmasa da, ətrafdakı binalar təhlükəsizlik baxımından yoxlanılıb.
Посмотреть эту публикацию в Instagram