Reklam resmi
Reklam resmi

Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI

Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI
Dünya

Yaponiyanın startapı SkyDrive Inc. özünü idarə edən uçan taksinin ilk nümayiş uçuşunu həyata keçirib.

Ajans.az Yaponiya xəbər agentliyi Kyodo-ya istinadən xəbər verir ki, SD-05 adlı məsafədən idarə olunan pilotsuz uçuş aparatı Mitsubishi Estate Co. və Kanematsu Corp. tərəfindən hazırlanıb. Avtomobil Tokio körfəzi üzərində ilk uçuşunu tamamlayıb. Uçuş təxminən üç yarım dəqiqə davam edib və 150 metr məsafəni əhatə edib.

SD-05 pilotsuz uçuş aparatında 12 rotor və batareya sistemi mövcuddur. Bu batareyalarla aparat 15-40 kilometr məsafə qət edə bilir. Avtomobil üç nəfər daşımaq üçün nəzərdə tutulub və kiçik ölçüsü sayəsində helikopterlər və digər təyyarələr üçün uyğun olmayan ərazilərə enə bilir.

Yaponiya həmçinin uçan avtomobil operatorlarının uçuşları izləyə və sərnişinlərin qeydiyyat və təhlükəsizlik yoxlamalarını həyata keçirə biləcəyi terminal təqdim edib. SkyDrive Inc. rəhbərləri bu nəqliyyat vasitələrinin şəhər yol tıxaclarının azaldılmasına kömək edəcəyinə inanırlar. Planlara görə, Yaponiya 2028-ci ildən pilotsuz uçuş aparatlarının məhdud kommersiya istifadəsinə başlamağı nəzərdə tutur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya uçan taksi

Digər Xəbərlər