ABŞ-də SİLAHLI HÜCUM: ÖLƏNLƏR VAR
ABŞ-ın Vaşinqton ştatında yaşayış binasının qarşısında baş verən silahlı hücum nəticəsində beş nəfər həyatını itirib, onlardan biri 32 yaşlı təcavüzkar olub. Hadisə 24 fevral səhəri qeydə alınıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, təcavüzkar qadağanedici qərarı pozub. Hadisə yerinə gələn polislər evin qarşısında bıçaqla insanlara hücum edən şəxsi aşkar ediblər. Polis dərhal atəş açaraq təcavüzkarı öldürüb. Hadisə yerində dörd nəfər həlak olub, beşinci qurban isə xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən ölüb.
Hadisə yerli hakimiyyət orqanlarında narahatlıq yaradıb. Məlum olub ki, qadağanedici qərar rəsmi olaraq şübhəliyə təqdim edilmədiyi üçün onun hücumu həyata keçirməsinə imkan yaranıb.
Mövzular: