Reklam resmi
Reklam resmi

Zelenski ABŞ-ilə görüş vaxtı açıqlayıb

Zelenski ABŞ-ilə görüş vaxtı açıqlayıb
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ nümayəndələri arasında yeni ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov 26 fevral tarixində amerikalı danışıqçılarla görüşəcək. ABŞ tərəfdən görüşdə Stiv Vitkoff, Cared Kuşner və iqtisadiyyat naziri Skott Bessent iştirak edəcək.

Umerovun mətbuat katibi Diana Davityan bildirib ki, görüş İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Danışıqların əsas mövzuları Ukraynanın bərpa paketi və Rusiya ilə mümkün üçtərəfli görüşə hazırlıq olacaq. Ukrayna tərəfi belə bir görüşün mart ayının əvvəlində baş tuta biləcəyini istisna etmir.

Bundan əlavə, Umerov Prezident Zelenskinin xüsusi tapşırığı əsasında məhbus mübadiləsi məsələsini də müzakirə edəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna ABŞ

Digər Xəbərlər