ABŞ-yə məxsus təyyarəyə ATƏŞ AÇILDI
Mayamidən Kolumbiyanın Medellin şəhərinə uçan American Airlines aviaşirkətinə məxsus təyyarədə güllə dəlikləri tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara əsasən, Boeing 737 MAX 8 tipli təyyarə fevralın 22-də Kolumbiya hava limanına eniş zamanı atəşə tutulub. Xüsusilə sağ qanadda olan zədələr yalnız hava gəmisi ABŞ-a qayıtdıqdan sonra aşkar edilib.
Hadisədən sonra təyyarə istismardan çıxarılıb və texniki baxışla yanaşı təmir üçün göndərilib.
Hazırda baş verənlərlə bağlı araşdırma aparılır.
Mövzular: