Reklam resmi
Reklam resmi

Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanıldı

Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanıldı
Dünya

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelson vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Polis əməkdaşları vəzifə cinayəti törətməkdə şübhəli bilinən 72 yaşlı kişini həbs ediblər. O, fevralın 23-də Kamdendəki ünvanında həbs olunub və dindirilmək üçün London polis bölməsinə aparılıb. Həbs Uiltşir və Kamden rayonlarında iki ünvanda order əsasında aparılan axtarışlardan sonra baş verib", - polisin açıqlamasında deyilir.

O, sentyabr ayında maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərc olunmasından sonra səfir vəzifəsindən azad edilib. Fevralın əvvəlində hökumət keçmiş səfirlə Epşteyn arasındakı yazışmaları təhvil verdikdən sonra polis Mandelsona qarşı cinayət işi açıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya ABŞ

Digər Xəbərlər