Reklam resmi
Reklam resmi

Nazir Xalq artistinin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ

Nazir Xalq artistinin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Cəmiyyət
303

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə yeni rəis müavini təyin edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

Mövzular:
Müdafiə Nazirliyi Zakir Həsənov

Digər Xəbərlər