Reklam resmi
Reklam resmi

Daha bir qonşu ölkədə ZƏLZƏLƏ

Daha bir qonşu ölkədə ZƏLZƏLƏ
Dünya

Bu gün yerli vaxtla 08:39-da İranın şimalında Gilan vilayətinin Lahican rayonunun Rudbone şəhəri ətrafında 4,4 bal gücündə zəlzələ baş verib.

Ajnas.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, 29 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələ tam şəkildə hiss olunduğuna görə insanlar binaları tərk edib və təşviş yaranıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Mövzular:
İran zəlzələ

Digər Xəbərlər