İrəvanda atışma: 12 nəfərə cinayət işi açıldı
Ermənistanın Baş Prokurorluğu İrəvanda baş vermiş atışma ilə bağlı aparılan istintaq çərçivəsində 12 nəfər barəsində cinayət işi başladıb.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
Hadisə İrəvanın Acapnyak rayonunda baş verib. Silahdan atəş açılması nəticəsində bir nəfər həlak olub, digər şəxslər isə xəsarət alıb.
Ermənistan Baş Prokurorluğunun Cinayət İşləri üzrə İstintaq Şöbəsi tərəfindən keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində həmin şəxslərin əsas iştirakçıları müəyyən edilib və 12 nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət tədbirləri tətbiq olunması üçün iş qaldırılıb.
Mövzular: