Paşinyan yüksək vəzifəli məmuru işdən UZAQLAŞDIRDI
Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) baş katibi Edqar Qevorkyan vəzifəsindən azad edilib.
Ajans.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar baş nazir Nikol Paşinyan tərəfindən imzalanıb və hökumətin rəsmi informasiya saytında yayılıb.
Məlumata görə, DGK əvvəllər korrupsiya qalmaqalları ilə gündəmə gəlib və bir neçə əməkdaş həbs olunub.
Mövzular: