Venesuela Parlamenti əfv qanununu QƏBUL ETDİ
Venesuela Milli Assambleyasının üzvləri 2002–2025-ci illər ərzində siyasi böhranlar zamanı uzunmüddətli həbs cəzası çəkənlər üçün əfv qanununu yekdilliklə təsdiqləyiblər.
Ajans.az xəbər verir ki, qanun silahlı hücumlara, ölkənin suverenliyinə və ya ərazi bütövlüyünə yönəlmiş hərəkətlərə görə cəza çəkən şəxslərə şamil edilməyəcək.
Qanunun tətbiqi üçün lazımi mexanizmləri hazırlayacaq və icra edəcək parlament komissiyası yaradılıb.
Venesuela QHT-ləri bildirirlər ki, ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün həyata keçirdiyi əməliyyatın ardından, yanvar ayından bəri siyasi cinayətlərdə ittiham olunan 650 məhbusdan 400-dən çoxu azadlığa buraxılıb.
Mövzular: