Reklam resmi
Reklam resmi

Bu ölkəni su basdı: daşqın TƏHLÜKƏSİ VAR

Bu ölkəni su basdı: daşqın TƏHLÜKƏSİ VAR
Dünya

Fransanın qərbindəki beş departamentdə daşqınlara görə ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.

Ajans.az BFMTV-yə istinadən xəbər verir ki, bu departamentlər Atlantik Luara, Jironda, Lo və Qaronna, Men və Luara ilə Sahilyanı Şarantadır.

Daha 18 departamentdə narıncı səviyyə qüvvədədir.

Jironda departamentində bir neçə min ev təsərrüfatı elektriksiz, təxminən 20 min nəfər mobil rabitəsiz qalıb.

Çayların daşması nəticəsində yaranan daşqınlar Fransanın qərbində nəqliyyat sisteminin işində fasilələrə səbəb olub. Daşqına görə 70-dən çox yol bağlanıb. Dəmir yolunda, xüsusilə Bordo rayonunda nasazlıqlar var.

Parisdə Sena çayında suyun səviyyəsinin qalxması gözlənilir. Bildirilib ki, Sena çayı şənbə günü daşa bilər.

Mövzular:
Fransa Paris daşqın

Digər Xəbərlər