Zelenski Putinlə danışıqların məqsədini açıqladı
Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istədiyi əsas məsələ müharibənin tez bir zamanda bitirilməsidir.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Müharibəni bitirmək və diplomatiyaya keçmək üçün bu qədər tarixi söhbətə ehtiyacım yoxdur, çünki bu, sadəcə bir ləngitmə taktikasıdır”, – deyə Zelenski qeyd edib.
O vurğulayıb ki, Rusiyanın mədəniyyəti və şəhərləri ilə bağlı Putin qədər məlumatlıdır: “Mən Putin qədər tarix kitabı oxumuşam. Onun ölkəsi haqqında onun Ukrayna haqqında bildiyindən daha çox şey bilirəm. Sadəcə ona görə ki, Rusiyanın bir çox şəhərində olmuşam və orada bir çox insanı tanıyırdım. O, Ukraynaya bu qədər çox getməyib, yalnız böyük şəhərlərdə olub. Mən isə kiçik şəhərlərdə – şimaldan cənuba – olmuşam. Hər yerdə onların mentalitetini bilirəm. Buna görə də bu şeylərə vaxt itirmək istəmirəm. Ruslar yeni bir çarın lazım olduğuna qərar veriblər. Bu, onların seçimidir.”
Zelenski əlavə edib: “Amma təhlükəsizlik məsələləri var. Bizə qarşı böyük bir müharibə gedir. Onunla danışmaq istədiyim tək şey, mənim fikrimcə, bunu uğurla həll etməkdir. Mən müharibəni tez bir zamanda bitirməkdən danışıram. Danışmaq istədiyim tək şey budur.”