Siqaretlərdə QİYMƏT ARTIMI-Qardaş ölkədə
Türkiyədə siqaret qiymətlərinin artımı davam edir.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dəfə BAT qrupuna aid bir çox məhsulun qiymətində artımlar müşahidə olunub. Yeni tənzimləməyə əsasən, qrupun ən ucuz siqaretinin qiyməti 105 TL-yə yüksəlib, ən bahalı məhsulun qiyməti isə 115 TL olub. Zamlı qiymətlər 19 fevraldan, yəni bu gündən etibarən qüvvəyə minəcək.
Bu barədə məlumatı Təkəl Bayiləri Yardımlaşma Dərnəyinin sədri Erol Dündar verib. Dündar sosial media hesabında etdiyi paylaşımda "Üçüncü siqaret qrupunda da qiymət artımı" kimk ifadələr işlədib.İlk qiymət artımı xəbəri JTI qrupu siqaretlərdən gəlmişdi. Qiymət artımı yalnız paket siqaretlərlə məhdudlaşmamışdı. Sarma tütün istifadəçilərinə də təsir edən dəyişikliklə 100 qram doğranmış tütünün qiyməti 265 TL-yə yüksəlmişdi. JTI qrupundan sonra Philip Morris qrupunun məhsulları da bahalaşıb.