Reklam resmi
Reklam resmi

İsrail Suriyada ƏMƏLİYYAT KEÇİRDİ

İsrail Suriyada ƏMƏLİYYAT KEÇİRDİ
Dünya

İsrail Ordusunun xüsusi təyinatlı bölmələri Suriyanın Deraa əyalətindəki iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib.

Ajans.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri yeddi zirehli maşınla Yarmuk çayı kənarındakı Masartiya qəsəbəsinə daxil olublar. Yerli sakinlərin evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Məlumata görə, xüsusi təyinatlıların digər dəstəsi Saysun yaşayış məntəqəsində əməliyyat keçirib və tədbirlər zamanı oraya aparan yollar bağlanıb.

Mövzular:
İsrail Suriya əməliyyat

Digər Xəbərlər