Makron NATO-nu qurbağaya bənzədib
Fransa Prezidenti Emmanuel Makron NATO və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Makron Élysée Sarayında keçirilən tədbirdə NATO-nun vəziyyətini “qurbağa” metaforu ilə təsvir edib.
O bildirib ki, alyans bəzən fəaliyyət qabiliyyətində çətinliklərlə üzləşsə də, 2022-ci ildə Ukrayna münaqişəsi fonunda müəyyən canlanma müşahidə olunub. Prezident əlavə edib ki, bu canlanmanın uzunmüddətli olub-olmayacağını hələ dəqiqləşdirmək çətindir.
Mövzular: