Reklam resmi
Reklam resmi

İrəvanın mərkəzində ATIŞMA: HƏLAK OLAN VAR

İrəvanın mərkəzində ATIŞMA: HƏLAK OLAN VAR
Dünya

18 fevralda İrəvanın-ın Ajapnyak rayonunda baş verən atışma ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Ajans.az NEWS.am-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər xəstəxanaya aparılıb. Onlardan biri ölüb, ikisi ağır vəziyyətdədir, qalanları isə əməliyyat olunur.

Əvvəlki məlumatlarda silahlı insident barədə xəbərlər yayılmış və sosial mediada yayılan görüntüdə bir qrup insanın bir-birinə atəş açdığı, hadisə yerindən yaralıların aparıldığı görünür.

Ermenistan Daxili İşlər Nazirliyi bildirib ki, polis əməkdaşları hadisənin bütün hallarını araşdırmaq və təfərrüatları müəyyən etmək üçün təcili istintaq tədbirləri görürlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İrevan atışma

Digər Xəbərlər