Reklam resmi
Reklam resmi

Narkotin əməliyyatı- tanınmış sənətçilər SAXLANILDI

Narkotin əməliyyatı- tanınmış sənətçilər SAXLANILDI
Dünya

Türkiyə şou-biznesinin tanınmış simaları İstanbulda keçirilən genişmiqyaslı narkotik əleyhinə əməliyyat çərçivəsində saxlanılıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, şəhər prokurorluğu narkotik və psixotrop maddələrin istehsalı və qanunsuz dövriyyəsi ilə bağlı araşdırma aparır. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qadağan olunmuş maddələrin dövriyyəsində şübhəli bilinən 17 nəfəri saxlayıblar.

Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və bloqçu Kemal Doğulu da var.

Hazırda istintaq tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları iş üzrə bütün halların müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə narkotik əleyhinə əməliyyat

Digər Xəbərlər