Bu hava limanında uçuşlar LƏĞV OLUNUB
Bazar günü Tehran–Yerevan–Tehran istiqamətində iki uçuş ləğv edilib.
Ajans.az xəbər verir ki, bu barədə İran–Ermənistan Birgə Ticarət Palatasının Telegram kanalı məlumat yayıb.
Yerevan Beynəlxalq Hava Limanı İdarə Heyətinin məlumatına görə, 15 fevral saat 18:35-ə olan vəziyyətə əsasən, Tehrana üç uçuş planlaşdırılıb. Onlardan birinin Yerevan vaxtı ilə saat 19:50-də həyata keçirilməsi nəzərdə tutulurdu.
Lakin saat 12:20 və 18:25-ə planlaşdırılan reyslər ləğv edilib. Uçuşların ləğvi ilə bağlı rəsmi açıqlama verilməyib.
Tehran–Yerevan marşrutu üzrə reyslərin qeyri-sabitliyi biznes dairələrində və turizm şirkətləri arasında narazılıq yaradıb. Onlar problemin müvafiq qurumların müdaxiləsi ilə aradan qaldırılacağına ümid etdiklərini bildiriblər.
Mövzular: