Reklam resmi
Reklam resmi

Qonşu ölkədə infeksiya YAYILIB

Qonşu ölkədə infeksiya YAYILIB
Dünya

Sankt-Peterburqda meymunçiçəyi (mpox) infeksiyasına yoluxma şübhəsi ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Bildirilir ki, xəstələr şəhər xəstəxanasında müalicə olunur və vəziyyətləri orta ağır qiymətləndirilir.

Bundan əvvəl Moskva vilayətində üç meymunçiçəyi faktının qeydə alındığı bildirilmişdi. Məlumata görə, yanvarın sonunda Odintsovo rayonunun 41 yaşlı sakini Aleksey A. səhhətində yaranan şikayətlərlə həkimlərə müraciət edib. Qısa müddət sonra onun tanışı da xəstəxanaya yerləşdirilib.

Hazırda üç nəfərin Domodedovo şəhər xəstəxanasında müalicə aldığı bildirilir. Rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya virus

Digər Xəbərlər