Reklam resmi
Reklam resmi

Məşhur qaya şiddətli hava nəticəsində MƏHV OLDU

Məşhur qaya şiddətli hava nəticəsində MƏHV OLDU
Dünya

Adriatik sahilində yerləşən “Aşiqlər Tağı” qayası İtaliyanın Apuliya bölgəsində müşahidə olunan şiddətli hava şəraiti nəticəsində çöküb.

Ajans.az xəbər verir ki, hadisə ilə bağlı məlumat regionun rəsmi internet səhifəsində dərc olunub. Bildirilib ki, Arco degli Innamorati kimi tanınan qaya tağının dağılması iqlim dəyişikliyinin təsirlərini və sahil xəttinin kövrəkliyini bir daha nümayiş etdirir.

Açıqlamada qeyd olunur ki, Lecce əyalətinin Melendugno rayonunun Sant’Andrea qəsəbəsində yerləşən bu təbii abidənin çökməsi bölgədə sürətlənən təbii proseslərlə bağlıdır və “keçmişlə müqayisədə daha sürətlə dəyişən ikonik mənzərələrə” diqqət çəkir.

Raffaele Piemontese hadisəni “kollektiv yaddaşın, mənzərənin və kimliyin itirilməsi” kimi dəyərləndirib. O, iqlim dəyişikliyinin dağıdıcı təsirlərinin artdığını vurğulayaraq, oxşar halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinə çağırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Aşiqlər Tağı” qayası İtaliya

Digər Xəbərlər